Ermənistanda bir Polşa vətəndaşı öldü, biri də ağır yaralandı – FOTOLARbackend

Ermənistanda bir Polşa vətəndaşı öldü, biri də ağır yaralandı - FOTOLAR

Bu gün saat 14:26 radələrində Polşa vətəndaşı Marqo F. tərəfindən 911 qaynar xəttinə o və dostunun yaralı olduğu barədə məlumat daxil olub. Konkret.az xəbər verir ki, Polşadan olan turistlər Araqaç dağının ətəklərində köməksiz vəziyyətdə olublar. Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupları hadisə yerinə gələrkən turistlərdən birinin keçindiyini görüblər. Digəri isə yaralıdır. Hadisə böyük səs-küy yaradıb. Məsələ ilə səhiyyə naziri Arsen Torosyan birbaşa məşğul olub. Onun tapşırığı ilə yaralı və meyit vertolyotla Tibb Mərkəzinə gətirilib. İlkin versiyaya görə, turistlər ayının qəfil hücumu nəticəsində özlərini itiriblər. Polşalı turistin birini ayı parçalayıb, digərini isə ağır yaralayıb. Xilaesidici qrupun üzvləri onun sağ qalmasını möcüzə adlandırıblar.

Hazırladı: Fadil PAŞAYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*