Ermənistanda COVID-19-a daha 420 nəfər yoluxdu – 10 nəfər öldübackend

Ermənistanda COVID-19-a daha 420 nəfər yoluxdu – 10 nəfər öldü

Ermənistanda koronavirus infeksiyası təsdiqlənmiş halların sayı 23 909-a çatıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni KİV-ləri yayıb.

Müqayisə üçün qeyd edək ki, iyunun 26-na olan məlumata görə, Ermənistanda təsdiqlənmiş yoluxma hadisəsi 23 247 olub. Belə ki, ötən gün ərzində 662 yeni yoluxma hadisəsi aşkarlanıb.

Ermənistanda koronavirusun ağırlaşmasından cəmi 420 nəfər ölüb (son bir gün ərzində 10 nəfər). Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 133-dür (son bir gün ərzində 2 nəfər).

İnfeksiyadan müalicə olunanların sayı 12 911 nəfərdir. 10.445 nəfər müalicə altındadır. Keçirilən testlərin ümumi sayı 107 108-dir.

Qeyd edək ki, Ermənistanda martın 16-dan 13-dək fövqəladə vəziyyət rejimi qüvvədədir. Fövqəladə hallarda, yığıncaqlar və mitinqlər qadağandır. Məcburi maska ​​rejimi tətbiq olunub.

Babək Göyüş                                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*