Ermənistanda COVID-19-a yoluxanların sayı 19 708-ə çatdıbackend

Ermənistanda COVID-19-a yoluxanların sayı 19 708-ə çatdı

Ermənistanda koronavirus infeksiyası təsdiqlənmiş hadisələrin sayı 19 708-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Mənbə bildirir ki, 19 iyunda Ermənistanda 19157 təsdiqlənmiş yoluxma hadisəsi olub. Beləliklə, son bir gündə 551 nəfərdə koronavirus taıpılıb.

Ümumilikdə 332 nəfər koronavirusun ağırlaşmasından ölüb (son bir gün ərzində 13 nəfər). Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 113 nəfərdir (son bir gün ərzində 3 nəfər).

İnfeksiyadan müalicə alanların sayı 8854 nəfərdir. 10.409 nəfər müalicə altındadır. Keçirilmiş testlərin ümumi sayı 93.786-dır.

Qeyd edək ki, Ermənistanda martın 16-dan iyulun 13-dək fövqəladə vəziyyət rejimi qüvvədədir. Fövqəladə hallarda yığıncaqlar və mitinqlər keçirmək qadağandır.

Babək Göyüş                                                                                             

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*