Ermənistanda COVID-19-a yoluxanların sayı 25 mini keçdibackend

Ermənistanda COVID-19-a yoluxanların sayı 25 mini keçdi

Son 24 saat ərzində Ermənistanda aşkar edilmiş koronavirus infeksiyası hallarının sayı 482 artaraq 25127-yə çatıb, daha 7 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi bazar ertəsi Milli Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin saytına istinadən yayıb.

“Ermənistanda 25 127 koronavirus hadisəsi təsdiqləndi. 13 297 xəstə sağaldı. 433 adam öldü”. Mənbə bildirib.

11 254 xəstənin müalicə altına alındığı, 110 571 testin keçirildiyi qeyd olunur.

Bir gün əvvəl isə respublikada 24,645 təsdiq edilmiş koronavirus infeksiyası və 426 ölüm hadisəsinin olduğu deyilib.

COVID-19 ilə mübarizə aparmaq üçün Ermənistanda 16 mart-13 iyul arasında fövqəladə vəziyyət elan edilib.

Babək Göyüş                                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*