Ermənistanda COVID-19-a yoluxanların sayı 37 937-yə çatdıbackend

Ermənistanda COVID-19-a yoluxanların sayı 37 937-yə çatdı

Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 37 937-yə çatıb

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Müqayisə üçün deyək ki, 28 iyul tarixində bu cür hadisələrin sayı 37,629 olub. Beləliklə, gündəlik artım 308 təşkil edib.

Ümumilikdə, Ermənistanda koronavirusun ağırlaşması nəticəsində 723 nəfər ölüb (son bir gündə 4 nəfər). Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 225-dir (son bir gündə 2 nəfər).

İnfeksiyadan sağalanların sayı 27 824 nəfərdir. 9 165 nəfər müalicə altındadır. Keçirilən testlərin ümumi sayı 160.380-dir.

Qeyd edək ki, Ermənistanda mart ayında tətbiq olunan fövqəladə vəziyyət rejimi avqustun 12-dək uzadılıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*