Ermənistanda COVID-19-a yoluxanların sayı 38 819-a çatdıbackend

Ermənistanda COVID-19-a yoluxanların sayı 38 819-a çatdı

Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 39 819-a yüksəlib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Müqayisə üçün qeyd edək ki, avqustun 5-nə olan məlumata görə, bu rəqəm 39,586 olub. Beləliklə, son gündə 233 yeni yoluxma hadisəsi aşkarlanıb.

Ümumilikdə, Ermənistandakı koronavirusun ağırlaşmasından (son bir gün ərzində 2 nəfər) 772 nəfər ölüb. Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 228-dir (son bir gündə ölən yoxdur).

İnfeksiyadan sağalanların sayı 31 556 nəfərdir. 7263 nəfər müalicə altındadır. Keçirilən testlərin ümumi sayı 171600-dir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*