Ermənistanda daha 107 nəfər COVID-19-a yoluxdubackend

Ermənistanda daha 107 nəfər COVID-19-a yoluxdu

Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 45.969-a yüksəlib.

KONKRET.az xəbər verir ki, bu barədə bazar ertəsi Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb.

Müqayisə üçün qeyd edək ki, 13 sentyabr tarixinədək 45.862 yoluxma olub.

Son gündə isə 107 yeni infeksiya hadisəsi aşkar edilib.

Beləliklə, Ermənistanda 919 nəfər koronavirus fəsadlarından ölüb (üstəgəl 3 gün ərzində 3 nəfər). Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 282 nəfərdir (son gündə ölən olmayıb).

İnfeksiyadan qurtulanların sayı 41 693 nəfərdir. 3075 nəfər müalicə altındadır. Edilən testlərin ümumi sayı 240.943-dür.

Xatırladaq ki, Ermənistanda 16 mart – 11 sentyabr tarixlərində fövqəladə vəziyyət qüvvədə olub. Karantin 11 yanvar 2021-ci ilədək davam edəcək. Respublikada “maska ​​rejimi” qorunub saxlanılır.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*