Ermənistanda daha 108 nəfər COVID-19-a yoluxdu – 3 xəstə öldübackend

Ermənistanda daha 108 nəfər COVID-19-a yoluxdu – 3 xəstə öldü

Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 44.953-ə yüksəlib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Müqayisə üçün qeyd edək ki, 7 sentyabr tarixinədək 44.845 yoluxma olub.

Son gündə isə 108 yeni infeksiya hadisəsi aşkar edilib.

Ermənistanda ümumilikdə 903 nəfər koronavirusun ağırlaşmalarından ölüb (üstəgəl son gündə 3 nəfər). Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 276-dır (son gündə bir nəfər).

İnfeksiyadan qurtulanların sayı 40592 nəfərdir. 3182 nəfər müalicə olunur. Edilən testlərin ümumi sayı 221,041-dir.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*