Ermənistanda daha 177 nəfər COVID-19-a yoluxdubackend

Ermənistanda daha 177 nəfər COVID-19-a yoluxdu

Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 45503-ə yüksəlib.

KONKRET.az xəbər verir ki, bu barədə cümə günü Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb.

Müqayisə üçün qeyd edək ki, 10 sentyabr tarixinədək 45 326 yoluxma olub.

Son gündə isə 177 yeni infeksiya hadisəsi aşkar edilib.

Beləliklə, Ermənistanda 909 nəfər koronavirus fəsadlarından ölüb (üstəgəl son gündə 3 nəfər). Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 280-dir (son gündə 1 nəfər).

İnfeksiyadan qurtulanların sayı 41434 nəfərdir. 2880 nəfər müalicə olunur. Edilən testlərin ümumi sayı 231.259-dur.

Qeyd edək ki, Ermənistanda mart ayından bəri fövqəladə vəziyyət tətbiq olunur.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*