Ermənistanda 8 nəfər öldübackend

Ermənistanda daha 8 nəfər öldü

Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 31,969-a çatıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı bazar ertəsi Milli Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi yayıb.

İyulun 12-nə olan məlumata görə, ölkədə 31.969 təsdiq edilmiş yoluxma hadisəsi var. Beləliklə, ötən gün ərzində 182 yeni yoluxma hadisəsi aşkar edilib.

Ümumilikdə 573 nəfər (son bir gün ərzində 8 nəfər) koronavirusdan ölüb. Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 183-dür (son bir gündə 1 hal).

İnfeksiyadan müalicə alanların sayı 19,865 nəfərdir.

Hazırda 11.530 nəfər müalicə altındadır. Keçirilmiş testlərin ümumi sayı 134.989-dur.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*