Ermənistanda daha 196 nəfər koronavirusa yoluxdu – 6 nəfər öldübackend

Ermənistanda daha 196 nəfər koronavirusa yoluxdu - 6 nəfər öldü

Avqustun 4-də Ermənistanda koronavirus virusuna yoluxanların sayı 196 nəfər artaraq 39,298 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Mənbə bildirir ki, gün ərzində 6 nəfər ölüb, ölənlərin ümumi sayı 996 nəfərə yüksəlib.

Bunlardan 768-i birbaşa koronavirusdan, 228-i yoluxmuş digər səbəblərdən dünyasını dəyişib.

Sağalanların sayı 511 nəfər artaraq 30.372 nəfər olub.

Xəstəxanalarda 7 930 nəfər müalicə olunur.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*