Ermənistanda daha 239 nəfər COVID-19-a yoluxdubackend

Ermənistanda daha 239 nəfər COVID-19-a yoluxdu

Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 46.910-a yüksəlib.

KONKRET.az xəbər verir ki, bu barədə cümə günü Xəstəliklərə Nəzarət və Profilaktika Milli  Mərkəzi məlumat yayıb.

Müqayisə üçün qeyd edək ki, 17 sentyabr tarixinədək 46 671 yoluxma olub.

Son 24 saat ərzində isə artım 239 nəfər olub.

Ermənistanda 926 nəfər koronavirusun fəsadlarından ölüb (üstəgəl son gündə 1 nəfər). Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 285-dir (son gündə 2 nəfər).

İnfeksiyadan qurtulanların sayı 42369 nəfərdir. 3330 nəfər müalicə altındadır. Edilən testlərin ümumi sayı 255.927-dir.

Babək Göyüş           

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*