Ermənistanda daha 257 nəfər COVID-19-a yoluxdu – 3 xəstə öldübackend

Ermənistanda daha 257 nəfər COVID-19-a yoluxdu – 3 xəstə öldü

Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 46.376-ya yüksəlib.

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb.

Müqayisə üçün qeyd edək ki, 15 sentyabr tarixinədək 46,119 yoluxma olub.

Belə ki, son gündə 257 yeni infeksiya hadisəsi aşkar edilib.

Ermənistanda 923 nəfər koronavirusun ağırlaşmalarından ölüb (üstəgəl son gündə 3 nəfər). Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 283 nəfərdir (son gündə ölən olmayıb).

İnfeksiyadan qurtulanların sayı 42.069 nəfərdir, 3101 nəfər müalicə altındadır. Edilən testlərin ümumi sayı 247.839-dur.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*