Ermənistanda daha 374 nəfərdə koronavirus tapıldı – 3 adam öldübackend

Ermənistanda daha 374 nəfərdə koronavirus tapıldı – 3 adam öldü

Son 24 saat ərzində Ermənistanda aşkar edilmiş koronavirus infeksiyası hallarının sayı 374 artaraq 6 302-ə çatıb, daha üç nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi Səhiyyə Nazirliyinin saytına istinadən yayıb.

Cümə günü respublikanın hakimiyyət orqanları 5.928 təsdiqlənmiş hadisənin və 74 ölümün olduğunu bildirmişdi. COVID-19 ilə mübarizə aparmaq üçün 16 mart-13 iyun arasında fövqəladə vəziyyət elan edilib.

“Ermənistanda 6 302 koronavirus hadisəsi təsdiqləndi. 2 936 xəstə sağaldı. 77 adam öldü” deyilib.

Nazirlikdən bildirilib ki, 3 257 xəstə müalicə altındadır, 49 080 test keçirilib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*