Ermənistanda daha 593 nəfərdə COVID-19 tapıldıbackend

Ermənistanda daha 593 nəfərdə COVID-19 tapıldı

Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 26 658-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Milli Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi yayıb.

Müqayisə üçün qeyd edək ki, iyulun 1-nə olan məlumata görə, Ermənistanda təsdiqlənmiş yoluxma hadisəsi 26,065 olub. Beləliklə, ötən gün ərzində 593 yeni yoluxma hadisəsi aşkar edilib.

Ümumilikdə Ermənistanda 459 (üstəgəl gün ərzində 6 nəfər) koronavirusdan ölüb. Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 153-dür (son bir gün ərzində 4 nəfər).

İnfeksiyadan sağalananların sayı 15 036 nəfərdir, 11.010 nəfər müalicə altındadır. Keçirilmiş testlərin ümumi sayı 115.765-dir.

Qeyd edək ki, Ermənistanda martın 16-dan iyulun 13-dək fövqəladə vəziyyət rejimi qüvvədədir. Fövqəladə hallarda, yığıncaqlar və mitinqlər keçirmək qadağandır. Məcburi maska ​​rejimi tətbiq olunub.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*