Ermənistanda daha 62 nəfərdə COVID-19 tapıldı – 3 xəstə öldübackend

Ermənistanda daha 62 nəfərdə COVID-19 tapıldı - 3 xəstə öldü

Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 44.845-ə yüksəlib.

KONKRET.az xəbər verir ki, bu barədə bazar ertəsi Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb.

Müqayisə üçün qeyd edək ki, 6 sentyabr tarixinə qədər 44.783 yoluxma olub.

Son gündə isə 62 yeni infeksiya hadisəsi aşkar edilib.

Ermənistanda ümumilikdə 900 nəfər koronavirusun ağırlaşmalarından ölüb (üstəgəl son gündə 3 nəfər). Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 275-dir (son gündə ölən yoxdur).

İnfeksiyadan qurtulanların sayı 40121 nəfərdir, 3549 nəfər müalicə olunur. Edilən testlərin ümumi sayı 219.177-dir.

Babək Göyüş           

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*