Ermənistanda daha 8 nəfər öldü – 339 nəfər yoluxdubackend

Ermənistanda daha 8 nəfər öldü - 339 nəfər yoluxdu

Son bir gündə Ermənistanda qeydə alınan koronavirus infeksiyası hallarının sayı 339 artaraq 32 490-a çatıb, daha səkkiz nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Ermənistan Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytında məlumat verilib.

Bazar ertəsi respublikanın səlahiyyətliləri 32151 təsdiqlənmiş koronavirus infeksiyasının və 573 ölüm hadisəsinin olduğunu bildirmişdi.

COVID-19-a qarşı mübarizə çərçivəsində martın 16-dan iyulun 13-dək ölkədə fövqəladə vəziyyət elan edilib.

“Ermənistanda 32 490 koronavirus hadisəsi təsdiqləndi. 20,729 xəstə sağaldı. 581 adam öldü” deyilib.

Qeyd olunur ki, 10.996 xəstə müalicə altındadır, 136 802 test keçirilib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*