Ermənistanda yerləşən hərbi hissələrdən birində xidmət edən Narek Marqaryan ildırım çaxması nəticəsində həyatını itirib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.
Bildirilir ki, faciəvi hadisə 6 iyun tarixində, təxminən saat 13:00 radələrində baş verib. Qeyd edək ki, Ermənistanla Bakı vaxtı eynidir.
İldırımın vurması nəticəsində əsgərin həyatını itirdiyi hadisə ilə bağlı araşdırma başladılıb. Hadisənin dəqiq başvermə səbəbləri və şəraiti hələlik müəyyənləşdirilməyib.
Natiq Səlim,
KONKRET.az