İrəvanda etiraz aksiyaları səngimir.
KONKRET.az News.am-a istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı toqquşma baş verib, hökumət maşınları etirazçıların üzərinə sürülüb.
Aksiya zamanı saxlanılanların olduğu bildirilib.
Polislər aksiya iştirakçılarının qarşısını zor tətbiq etməklə alır.
Müxalifət nümayəndələri aksiyanın gün ərzində davam edəcəyini deyib.