Ermənistanda görünməmiş qərar: Qadınlar polis rəisləri təyin edildibackend

Ermənistanda görünməmiş qərar: Qadınlar polis rəisləri təyin edildi

Qadınlar idarə rəisi və polis şöbəsinin müdiri təyin olunurlar.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan cümə günü öz Facebook səhifəsində yazıb.

Hökumət başçısı bu hadisəni Ermənistanın tarixində görünməmiş adlandırıb.

“Xüsusilə, polis polkovnik-leytenantı Meline Exşatyan Gugark şöbəsinin müdiri, polis kapitanı Janna Şahnazaryan isə Tsaghkadzor polis idarəsinin rəisi təyin edildi.

Bu, hökumətin qadınların ictimai həyatın bütün sahələrində iştirakını artırmaq üçün həyata keçirdiyi siyasətin bir hissəsidir” deyə Paşinyan qeyd edib.

Baş nazir Exşatyan və Şahnazaryana yeni işlərində uğurlar arzulayıb.

“Bu, heç də asan olmayacaq. Ancaq inanıram ki, bir çox qadın bu nümunədən ilham alacaq və kişilər daha məsuliyyətli olacaqlar” deyib.

Babək Göyüş

KONKRET.az

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*