Ermənistanda güclü külək: böyük dağıntılar varbackend

Ermənistanda güclü külək: böyük dağıntılar var

Güclü külək İrəvan da daxil olmaqla, Ermənistanın bir sıra yaşayış məntəqələrinə böyük ziyan vurub.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Aprelin 10-u saat 07:15-dən 18:35-ə qədər Böhranların İdarə edilməsi Mərkəzinə İrəvanın Sarmen, Saralanci, Sose, Nor Areş, Qaregin Njde, Minsk, Açaryan, Arno Babacanyan küçələrində, Ararat vilayətinin Artaşat və Dimitrov qəsəbələrində, Armavirin Arevadaşt kəndində, Kotayk vilayətinin Abovyan şəhərində inşaat plitələri, ağaclar və reklam lövhələrinin zədələnməsi ilə bağlı məlumat daxil olub”, – məlumatda qeyd olunub.

Küləyin ziyan vurduğu ərazilərə yanğınsöndürmə-xilasetmə briqadaları göndərilib. axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*