Ermənistanın İcevan rayonundakı “Grand Textile” fabrikində çalışan 205 hindistanlı işçi avqustun 6-dan etiraz aksiyası keçirir.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir hi, onlar üç aydıq maaşlarının ödənilmədiyini bildirirlər.
İşçilər şirkətin direktorunun onları altdatdığını söyləyiblər:
“O, işləməyimizi tələb edir, amma pul vermir. Hindistan səfirliyinə şikayət etdik, amma baxmadılar, polisə də getdik, kömək etmədilər. Hamımız maaşlarımızın ödənilməsini və Hindistana qayıtmağımızı istəyirik. Sahibkarlar bizi silah gücünə işləməyə məcbur edirlər. Ermənilərlə problemimiz yoxdur, amma imkan verin ölkəmizə qayıdaq”.
Məlumata görə, hindlilər işlədiyi fabrikin ərazisində ümumilikdə 41 kamera var, həmçinin əraziyə növbətçi mühafizəçilər də yerləşdirilib. İşçilərin giriş-çıxış vaxtı qrafiklə məhdudlaşdırılır, kənar şəxslər içəri buraxılmır.
Hazırda Hindistanın Ermənistandakı səfirinin fabrikin sahibi Mher Mirzoyanla görüş keçirdiyi və onun işçilərin əməkhaqqını artıracağı deyilir.