Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca Erməni Apostol Kilsəsi və müxalifət yenidən aktivləşib.
KONKRET.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə söyləyib. Ekspertin sözlərinə görə, xüsusilə də Rusiya erməni kilsəsinə və müxalifətə ciddi siyasi dəstək verir: “Nəzərə alaq ki, Ermənistan Apostol Kilsəsinin Baş Yepiskopu İkinci Qaregin N. Paşinyanın hakimiyyətinə ilk gündən qəbul etməyib. Tərəflər arasında soyuq münasibətlər yeni deyil, sadəcə indi həlledici mərhələyə keçib. Aktiv şəkildə Ermənistanda hökumətlə Kilsə arasında “ölüm -qalım” mübarizəsi gedir. Kilsə siyasətə qarışır və vaxtaşırı etiraz aksiyaları təşkil edir. Keşiş Baqrat Qalstanyana İkinci Qaregin dəstək verirdi. Hazırda proseslər aktiv fəzaya keçib”.
M.Əsədullazadə vurğuladı ki, N.Paşinyan Kilsənin onu devirmək planından xəbərdardır: “Robert Köçəryan və Serj Sərkisyanla İkinci Qaregin dostdur və onlar ittifaqdadırlar. Ona görə də Nikol Paşinyan ciddi surətdə Kilsənin vurur, Ermənistan Apostol Kilsəsinin günahlarıni və cinayətlərini açıq şəkildə cəmiyyətə çatdırır. Bununla Kilsəsinin siyasətə qarışmasını neytrallaşdırır”.
Ekspert hesab edir ki, Paşinyanın bu siyasəti effektli olacaq: “Kilsə zəifləyəcək və konstitusiya dəyişikliyində dövlətə tabe etdiriləcək. Təbii ki, müxalifət nümayəndələri Nikol Paşinyanın Kilsəyə qarşı bu davranışını tənqid edirlər, Azərbaycanın maraqlarına xidmət etdiyini və Qarnı Azərbaycanlıları köçürəcəyində iddiham edirlər.
Paşinyan Kilsəni neytrallaşdıra bilərsə, təbii ki, bu, Azərbaycanın maraqlarına xidmət edəcək. Çünki Kilsə sülhə qarşıdır. Revanşizmin önündə gedir. Düşünürəm ki, Nikol Paşinyanın Kilsə ilə bağlı siyasəti doğrudur və bu erməni cəmiyyətinin sağlamlaşdırılmasına hesablanıb”.