Ermənistanda iqtisadiyyat naziri postuna yeni namizədbackend

Ermənistanda iqtisadiyyat naziri postuna yeni namizəd

Fevralın 24-də Nikol Paşinyanın sədrliyi ilə “Mülki müqavilə” partiyasının İdarə Heyətinin iclası keçirilib.

KONKRET.az xəbər verir ki, İdarə Heyəti iqtisadiyyat naziri vəzifəsinə Gevorq Papoyanın namizədliyini müzakirə edərək təsdiqləyib.

Xatırladaq ki, Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan fevralın 14-də istefa verib.

O, bir müddət əvvəl nazirlikdə baş verən qalmaqallı hadisələrə görə istefaya gedib.

Xatırladaq ki, yanvarın 31-də iqtisadiyyat nazirinin müavini Ani İspiryan və qurumun daha 6 əməkdaşı korrupsiyada şübhəli bilinərək həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*