Ermənistanda koronavirusa yoluxanların sayı 30 mini keçdibackend

Ermənistanda koronavirusa yoluxanların sayı 30 mini keçdi

Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 30 mini keçib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Milli Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi yayıb.

Müqayisə üçün, 8 iyul tarixinə ölkədə 29 820 təsdiq edilmiş yoluxma hadisəsi olub. Belə ki, ötən gün ərzində 526 yeni yoluxma hadisəsi aşkarlanıb.

Ümumilikdə Ermənistanda 535 nəfər koronavirusun ağırlaşmasından dünyasını dəyişib (üstəgəl gün ərzində 14 nəfər). Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 170 nəfərdir (son bir gündə 6 hadisə).

İnfeksiyadan müalicə alanların sayı 18 min nəfərdir, 11 641 nəfər müalicə altındadır. Keçirilmiş testlərin ümumi sayı 129 166-dır.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*