Ermənistanda koronavirusa yoluxanların sayı 39 minə yaxınlaşdıbackend

Ermənistanda koronavirusa yoluxanların sayı 39 minə yaxınlaşdı

Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 38 841-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni KİV-ləri Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinadən yayıb.

Müqayisə üçün 31 iyul tarixində 38,550 belə hadisə baş verib və beləliklə gündəlik 291 yeni yoluxma aşkar edilib.

Ümumilikdə, Ermənistanda 749 nəfər koronavirusun ağırlaşmasından dünyasını dəyişib (üstəlik son bir gündə 11 nəfər). Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 228-dir (son bir gündə yeni hallar yoxdur).

İnfeksiyadan sağalmış insanların sayı 29,557 nəfərdir. 8 307 nəfər müalicə olunur. Keçirilən testlərin ümumi sayı 165 656-dır.

Ermənistanda mart ayında tətbiq edilən fövqəladə vəziyyət rejimi avqustun 12-dək uzadılıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*