Ermənistanda kriminal avtoritet həbs edildi – Axtarışda olubbackend

Ermənistanda kriminal avtoritet həbs edildi - Axtarışda olub

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları polislə birlikdə bazar ertəsi “Sicil” ləqəbli İrəvan sakini Armen Sarkisyan adlı bir cinayət başçısını (kriminal avtoritet) saxlayıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı shamshyan.com nəşri yayıb.

Mənbə bildirir ki, Sarkisyan Ararat bölgəsində, Zovaşen kəndinə gedən yolda yerləşən barlardan birində “razborka” aparırmış.

Təhlükəsizlik qüvvələri bir neçə dəqiqə sonra gec gəlsəydilər, 2019-cu ilin dekabrında Areq Simonyanı öldürən avtoritet aradan çıxacaqmış.

Nəşr qeyd edib ki, bütün bu müddətdə o, axtarılanlar siyahısında olub, lakin güclü əlaqələrinə görə heç kəsdən qorxmadan “razborkalara” qatılıb.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*