Ermənistanda məmurların Belarusa səfərləri rəsmən YASAQLANDIbackend

Ermənistanda məmurların Belarusa səfərləri rəsmən YASAQLANDI

Ermənistanın baş naziri aparatının rəhbəri Arayik Arutyunyan rəsmilərə Belarusa rəsmi səfərləri istisna etməyi tapşırıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı “Joğovurd” qəzeti yazıb.

Nəşr dövlət qurumlarının rəhbərlərinə və nazirlərə ünvanlanmış qərarın fotosunu dərc edib.

Bir gün əvvəl Paşinyan bəyan etmişdi ki, bundan sonra Belarusa bütün rəsmi səfərlər ləğv edilir.

Bunun ardınca İrəvan Minskdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Belarus Xarici İşlər Nazirliyi daha sonra bu ölkənin səfirinin də tezliklə Belarusa çağırılacağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*