Ermənistanın Gümrüdə şəhərində fəvvarələrdə “Доля воровская” (Oğrunun payı) mahnısı səsləndirilib.
KONKRET.az xəbər verir ki, ifa ilə bağlı internetdə video yayılıb.
Şəhər Bələdiyyəsi bununla bağlı açıqlama yayıb. “Bu gün internetdə yayılan və Gümrünün mərkəzindəki fəvvarələrdə rus mahnısı “Dolya vorovskaya” səsləndirilib. Gümrü Bələdiyyəsi baş verənlərin texniki nasazlığın nəticəsi olduğunu aydınlaşdırır. Mütəxəssis sistemdəki texniki nasazlıqlar səbəbindən səslənən musiqiyə nəzarət edə bilməyib.
Görülən tədbirlər nəticəsində yaranmış problemin aradan qaldırılması mümkün olub, müvafiq izahat alındıqdan sonra əməliyyatın təmin edilməsinə cavabdeh olan şəxs barəsində zəruri hallarda intizam tənbehi tədbiri görüləcək. Yaranmış narahatlığa görə Gümrü əhalisindən üzr istəyirik”.
“Texniki nasazlıq aradan qaldırılıb və bələdiyyə əmin edir ki, belə halların təkrarlanmaması üçün nəzarət gücləndiriləcək”, – bələdiyyədən bildiriblər.
Rəsmiyyə Şərifova,
KONKRET.az