Ermənistanda Paşinyanın Rusiya səfərindən sonra yenidən “Qarabağ rəmzləri”nə icazə verildi – MÜƏMMAbackend

Ermənistanda Paşinyanın Rusiya səfərindən sonra yenidən "Qarabağ rəmzləri"nə icazə verildi - MÜƏMMA

Ermənistan hökuməti bu gün “Qarabağa aid rəmzlərin” və “bayraqlar”ın açıq şəkildə istifadəsinə yenidən icazə verib.

KONKRET.az xəbər verir ki, bu qərar baş nazir Nikol Paşinyanın Rusiyaya səfərindən dərhal sonra qüvvəyə minib.

Qeyd edək ki, iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra İrəvan Qarabağ ermənilərinin bayraq və digər simvollarla yürüş keçirməsini qadağan etmişdi.

Bu gün isə həmin qadağa aradan qaldırılıb və paytaxt İrəvanda Qarabağla bağlı “simvollar” yenidən görünməyə başlayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*