Ermənistanda polislə vətəndaşlar arasında dava: vəziyyət pik həddə çatdı  – Saxlanılanlar varbackend

Ermənistanda polislə vətəndaşlar arasında dava: vəziyyət pik həddə çatdı  – Saxlanılanlar var

Amulsar qızıl yatağında vəziyyət gərgindir. Yatağın istismarına qarşı çıxan vətəndaşlarla polis arasında qarşıdurma yaranıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Mənbə bildirir ki, ərazidə böyük bir polis qüvvəsi cəmləşib. Nəticədə bir çox vətəndaş saxlanılıb.

Saxlanılanlar arasında “Yaşıl Gələcək” ekoloji ictimai təşkilatının sədri Vaaqn Varaqyan da var.

Vayots Dzor polisinin rəhbəri və “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Arman Abovyan da hadisə yerinə gəlib.

Xatırladaq ki, bu gün “Lydian Armenia” şirkəti tərəfindən işə götürülən təhlükəsizlik xidməti Amulsar müdafiəçilərinin vaqonlarını çıxarıb, yerinə özününkülərini quraşdırıb.

Bu isə ekoloqların, ictimai və siyasi xadimlərin qəzəbinə səbəb olub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*