Ermənistanda pozulan insan hüquqları ABŞ-ı narahat edirbackend

Ermənistanda pozulan insan hüquqları ABŞ-ı narahat edir

“ABŞ Ermənistan da daxil olmaqla insan haqlarına daha çox diqqət yetirməyə başlayıb”.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan özünün “Facebook” səhifəsində yazıb:

“Bayden xarici siyasətin insan hüquqlarına əsaslanması prinsipindən kənara çıxdığı üçün son vaxtlar çox tənqid olunur. Baydenin reytinqinin aşağı düşdüyü seçkiqabağı mərhələdə o, insan haqları məsələlərinə münasibətdə yumşaq davranmaqda ittiham olunur.

Əminəm ki, yaxın gələcəkdə Ermənistan da lupa altına düşəcək və Vaşinqton öz geosiyasi maraqlarını təbliğ etdiyi üçün danışmadığı bəzi hadisələrə göz yummayacaq”.

Xatırladaq ki, Ermənistanda siyasi məhbusaların azadlığa buraxılmaları üçün ABŞ-ın bəzi QHT-ləri Ermənistana müraciət edib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*