Ermənistanda “qanuni oğru”ya və onun 11 şərikinə qarşı ittihamlar irəli sürüldübackend

Ermənistanda "qanuni oğru"ya və onun 11 şərikinə qarşı ittihamlar irəli sürüldü

Ermənistanın İstintaq Komitəsi daha çox “Arsen Yerevanski” kimi tanınan “qanuni oğru” Arsen Mkrtçyan və daha 11 vətəndaşa qarşı ittiham irəli sürüb.

KONKRET.az xəbər verir ki, məlumatı “Sputik Ermənistan” nəşri yayıb.

Mənbə bildirir ki, bunların hamısı cinayətkar qrupun yaradılması, xüsusi məsələlərin həlli məqsədi ilə “qanuni oğru”ya müraciət, habelə cinayət “razborka”sına cəlb edilməsinə dair cinayət işi üzrə aparılır.

İstintaq 1999-cu ildə Arsen Mkrtçyanın “Ded Hasan” və “Kndo Mais” tərəfindən “taclandırıldığını” və “qanuni oğru” rütbəsinə qaldırıldığını təsbit edib.

İstintaq Komitəsinin mesajında ​​22 fevral 2020-ci il tarixinə qədər Mkrtçyanın cinayət ierarxasiyasında ən yüksək statusunu qoruduğu, bununla əlaqədar cinayət qrupu yaratdığı və rəhbərlik etdiyi deyilir.

Arsen Mkrtçyan cinayətkar qrupları arasındakı şəxsi mübahisələri həll edib.

Üstəlik, cinayət strukturunda  müəyyən “davranış qaydalarını” pozan və həbs cəzası çəkən şəxsi “cəzalandırmaq” üçün Mkrtçyan yoldaşlarına təlimat və əmrlər verərək qanunsuz olaraq onun haqqında məlumat toplayıb.

İstintaq zamanı toplanan məlumatlar hüquq-mühafizə orqanlarına “Arsen Yerevanski” və onun daha 11 şərikinə qarşı ittiham irəli sürməyə imkan verib.

İlkin istintaq başa çatıb, ittiham aktı ilə cinayət işi məhkəməyə göndərilib.

Xatırladaq ki, Mkrtçyan bu ilin mayında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulub.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*