Ermənistan sakinlərinin narazılığının başqa bir səbəbi var. Bir neçə gündür ardıcıl olaraq ölkədə benzinin, maye qazın və adi qazın qiymətlərinin artdığı bildirilir.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Zoxovurd” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, “Son günlərdə bir litr benzinin qiyməti 350 dramdan 370 drama, LNG – 180 drama qədər artıb, sıxılmış təbii qazın kubu isə 320-330 dram olub. Kompressor stansiyası işçiləri yanacağın bahalaşmasını dramın dollar qarşısında devalvasiyası ilə izah edirlər”.
KONKRET.az