Ermənistan Təhsil Nazirliyi məktəblər üçün yeni dövlət təhsil standartlarına uyğun olaraq xarici dillərin tədrisi ilə bağlı məktəblərə tapşırıqlar göndərib.
KONKRET.az xəbər verir ki, dəyişikliklər, ilk növbədə rus dilinin statusuna aiddir. Hansı ki, bu dil Ermənistanda xarici dil statusuna malikdir, lakin məktəblərdə ona icbari təhsil rolu verilib.
Baxmayaraq ki, yeni dövlət standartında rus dili hələ də xarici dili öyrənmək üçün birinci və məcburi olaraq qalır, lakin bir sıra siniflər üçün rus dili əsas (məcburi) statusundan xarici dil statusuna keçib. Eyni zamanda hər bir xarici dil üçün həftədə 2 saat vaxt ayrılır.
Yəni, “Rus dili” müstəqil fənn kimi yalnız 4 və 9-cu (həftədə üç saat), 11 və 12-ci (həftədə iki saat) siniflərdə qalıb.
Eyni zamanda, 2, 3, 5, 6, 7, 8 və 10-cu sinif şagirdləri üçün ayrıca “Rus dili” fənni yoxdur.
Eyni zamanda məktəb direktorlarının dilin tədrisi üçün ayrılan saatları bölüşdürmək və hansı saatlara üstünlük verəcəyinə qərar vermək hüququ var.
Bütün bunlar növbəti illərdə rusdilli nəsil üçün narahatlıq doğurur. Rus dilinə ayrılan saatlar azaldılacaq və məktəb proqramından tamamilə çıxarılacaq.
Ermənistan Təhsil Nazirliyi təsdiqləyib ki, nazirin 27 iyul 2023-cü il tarixli əmrinə əsasən, 2, 3, 5, 6, 7, 8, 10-cu siniflərdə tədris prosesi müvafiq qaydada təşkil olunur.
Ermənistan rəhbərliyinin Moskva ilə münasibətləri pozmaq, İran, Fransa, Hindistan və ABŞ-la münasibətləri inkişaf etdirmək kursunu müəyyənləşdirdiyini nəzərə alsaq, bunda təəccüblü heç nə yoxdur. Ona görə də Ermənistan hakimiyyətinin siyasətinin məktəb təhsilində bu tendensiyanı izləməsi təəccüblü deyil.
Qeyd edək ki, oxşar vəziyyət postsovet məkanının digər ölkələrində də müşahidə olunur. Məsələn, Orta Asiya ölkələri türk dilinin xüsusiyyətlərini nəzərə alaraq öz milli dillərini kiril əlifbasından latına köçürmək qərarına gəliblər. Eyni zamanda, məktəblərdə rus dilini öyrənmək üçün saatlar getdikcə azaldılır.
Baltikyanı ölkələrdə və Ukraynada rus dili ilə bağlı vəziyyət daha acınacaqlıdır.
Ancaq bunda təəccüblü heç nə yoxdur, çünki siyasi təsirin azalması ilə yanaşı, mədəni təsirin də azalması müşahidə olunur. Bu o deməkdir ki, Ermənistanda da şüurlu şəkildə rus dilini tədris prosesindən çıxarmaq siyasəti aparılacaq.
Və bu halda Rusiyanın edə biləcəyi yeganə şey keçmiş SSRİ ölkələrində rus dilinin öyrənilməsinin heç olmasa bir şəkildə qorunub-saxlanılması üçün hər cür səy göstərməkdir.
Rəsmiyyə Şərifova
KONKRET.az
Bütün postsovet məkanında rus dili dərsi azaldılır, ancaq Azərbaycanda nəinki rus dili dərsi, hətta tədrisi rus dilində olan məktəblər çoxalır. Nə üçün???? 20 yanvar belə tezmi unuduldu, yoxsa təkrar olunmasını istəyirik???