Ermənistanda Rusiya əsgəri öldü – Güllə yarası alıbbackend

Ermənistanda Rusiya əsgəri öldü - Güllə yarası alıb

Bu gün Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Şirak rayonundakı poliqonda keçirdiyi hərbi təlimlər zamanı 22 yaşlı rus əsgəri Roman Şaternikov həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.

Rusiya Silahlı Qüvvələrinin hərbçisi boyun və gövdənin sol nahiyəsindən ölümcül güllə yaraları ilə Gümrü Tibb Mərkəzinə aparılıb.

Tibb işçiləri onu xilas edə bilməyib, yalnız hərbçinin ölümünü təsdiqləməklə kifayətləniblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*