Ermənistanda saxta araqdan ölənlərin sayı 20-yə çatdıbackend

Ermənistanda saxta araqdan ölənlərin sayı 20-yə çatdı

Ermənistanda daha bir nəfər saxta araqdan zəhərlənərək ölüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, son günlərdə alkoqoldan zəhərlənərək ölənlərin ümumi sayı 20 nəfərə çatıb.

“Bu ilin 31 avqust – 11 sentyabr tarixləri arasında Ermənistanda 46 alkoqol zəhərlənməsi hadisəsi qeydə alınıb, bunlardan 20-si ölümlə nəticələnib”. Səhiyyə Nazirliyinin Facebook səhifəsində dərc olunan mesajında deyilir.

İrəvandakı Erebuni tibb mərkəzində bir xəstə hələ də müalicə olunur.

Həkimlərin onun vəziyyətinin son dərəcə ağır olduğunu deyirlər.

Səhiyyə Nazirliyinin məlumatına görə, 46 hadisədən 29-u Armavir vilayətində (10 ölüm), 15-i İrəvanda (8 ölüm), 2-si Kotayk vilayətində (hər ikisi ölüb) qeydə alınıb.

Xatırladaq ki, bununla bağlı Armavir Regional İstintaq İdarəsində cinayət işi açılıb. Armavir sakini, 1970-ci il təvəllüdlü Aşot Lendruşeviç Hovsepyan tutulub. O, saxta araq satmaqda şübhəli bilinir. Daha sonra bu iş çərçivəsində iki nəfər də nəzarətə alınıb.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*