Ermənistanda torpaq sürüşməsi: Yaşayış binası uçubbackend

Ermənistanda torpaq sürüşməsi: Yaşayış binası uçub

Ermənistanın Qafan rayonunda sürüşmə baş verib.

KONKRET.AZ-ın “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, sürüşmə nəticəsində ikimərtəbəli yaşayış binası uçub, dağıntılar altında qalanlar var.

Qeyd olunur ki, hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub. Lazım olan texnika həm də rayon meriyası tərəfindən təmin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*