Ermənistanda Yeni İl bayramı keçirilməyəcək – VİDEObackend

Ermənistanda Yeni İl bayramı keçirilməyəcək - VİDEO

Ermənistan matəm içindədir. Qarabağ müharibəsi ölkəni çox sarsıdıb. Rəsmi rəqəmlər açıqlanmır, insanlar döyüşlərdə təxminən 8 min əsgərin öldüyünü danışırlar.

KONKRET.az xəbər verir ki, ermənilər Yeni İl bayramı keçirməyi düşünmürlər. “Sputnik Armenia”nın İrəvandakı sorğusu belə deməyə əsas verir. Respondentlərin az qala hamısı belə fikirdə olmadığını söyləyib. Onların əksəri qısaca “xeyr” cavabı verib. İzah edənlər də tapılıb.

Gənc bir qız müharibədəki itkilərə görə belə davranacağını deyib. Onun fikrincə, indi bayram qeyd etmək döyüşlərdə həlak olanlara böyük hörmətsizlik deməkdir. Bənzər fikirlər az səslənməyib.

Ümumiyyətlə, sorğu ermənilərin bədbin ovqatda olduğunu ortaya qoyub.Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*