Ermənistandakı Rusya sərhədçiləri ilə bağlı müzakirələr başladı – Ölkədən çıxarılacaqlar?backend

Ermənistandakı Rusya sərhədçiləri ilə bağlı müzakirələr başladı – Ölkədən çıxarılacaqlar?

Ermənistan hakimiyyəti İrəvanın Zvartnots hava limanında xidmət göstərən Rusiya sərhədçiləri ilə bağlı məsələləri müzakirə edir.

KONKRET.az xəbər verir ki, bu barədə parlamentin hakim “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan brifinqdə bildirib.

“Bəli, “Mülki müqavilə” fraksiyasının deputatları Zvartnots hava limanında Rusiya sərhədçilərinin olmasından narahatdırlar, bu məsələ bizim siyasi komandamızın gündəmindədir, müzakirələr davam edir. Rusiya sərhədçiləri ilə bağlı suallar 6 ildən sonra yaranmayıb, 6 il ərzində çoxsaylı reallıqlar ortaya çıxıb, ona görə də hər bir hadisə özü ilə müəyyən mühakimə, hərəkət və qərarlar daşımalıdır”, – deyə o qeyd edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*