“Əgər Ermənistanın Aİ-yə namizədliyi təsdiqlənərsə, bu, regiondakı vəziyyəti tamamilə başqa isrtiqamətdə dəyişəcək”.
KONKRET.az xəbərr verir ki, bu barədə Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bildirib.
“Qərbin Ermənistana üzvlük təklifi İrəvanın istiqamətinin dəyişdirilməsini möhkəmləndirmək istəyi ilə sıx bağlıdır. Digər tərəfdən, Rusiya ilk olaraq Ermənistanın Aİİ-yə üzvlüyünə və onun iştirakı ilə bu ittifaq çərçivəsində bağlanmış sazişlərə yenidən baxılmasını tələb edəcək”, – Zatulinin deyib.
Onun sözlərinə görə, bir neçə həftə əvvəl “Rusiyanı imperiyasızlaşdırmaq, müstəmləkəsizləşdirmək və yenidən federallaşdırmaq” üçün Ukraynanın qələbəsinə çağıran qətnamə qəbul edən Avropa Parlamentinin üzvləri onu bir dövlət kimi parçalamaq qərarına gəliblər. Ermənistan isə bundan alət kimi istifadə edilir.
“Onlar Rusiyaya düşmən kimi baxırlar. Paşinyan hökuməti də bu yolla gedir və Avropa Birliyinin əli ilə oynayır”, – deyə o əlavə edib.
Natiq Səlim,
KONKRET.az