Ermənistandan Azərbaycana keçmək istəyən şəxs saxlanıldıbackend

Ermənistandan Azərbaycana keçmək istəyən şəxs saxlanıldı

Ermənistandan Azərbaycana keçməyə cəhd edən İraq vətəndaşı saxlanılıb.

Bu barədə KONKRET.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabr ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*