Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kənd sakini Qohar Vardanyan öz Facebook səhifəsində sərhəddən çəkilmiş foto yayımlayıb.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, fotoda yeni salınmış yolda piyada keçidi əks olunub.
Şəkildən də göründüyü kimi, keçidin qarşı tərəfində Azərbaycan var.
“Kirants. Uşaqlar üçün Azərbaycana keçid. Divarın o biri tərəfində Azərbaycandır”, – deyə kənd sakini fotoya şərh verib.