Ermənistandan Gürcüstana gedən qaz kəməri Azərbaycanın nəzarətinə keçəcək?backend

Ermənistandan Gürcüstana gedən qaz kəməri Azərbaycanın nəzarətinə keçəcək?

Azərbaycanın Qazax rayonu ilə sərhədində yerləşən Ermənistanın Tovuzqala (Tavuş) vilayətində yeni birtərəfli güzəştlər gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstandan olan erməni Andranik Nazaryan “hraparak.am” saytına yazıb.

Onun sözlərinə görə, söhbət “Qızıl üçbucaq” (Azərbaycanın işğalda olan Barxudarlı, Sofulu və Yuxarı Əskipara kəndləri nəzərdə tutulur) adlanan və böyük strateji əhəmiyyətə malik ərazidən gedir:

“Və o, Azərbaycana verilərsə, o zaman bir sıra ərazilər, o cümlədən qaz kəməri “Ermənistandan Gürcüstana gedən) düşmənin nəzarətinə keçəcək.

İnsanlar nəyin bahasına olursa olsun torpaqlarını saxlamaq istəyirlər, amma dövlətin repressiv maşını qarşısında aciz olduqlarına inanırlar, onlara güclü, ağıllı və əyilməz lider lazımdır”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*