“Pantürk ideyalarının həyata keçirilməsi üçün Türkiyə və Azərbaycana Ermənistan ərazisindən dəhliz lazımdır”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Andranik Ovannisyan Telegram kanalında yazıb.
O, Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlunin fikirlərini də sitat gətirib: “Ermənistandan keçən dəhliz Türkiyəni həm Azərbaycan, həm də digər türk dövlətləri ilə birləşdirəcək, türk dövlətlərinin inteqrasiyasının inkişafına təkan verəcək”.
“Bu dəhlizə hətta iki ad da verilib – Türkiyə ilə Azərbaycan arasında əlaqələri yaradan dəhliz “Zəngəzur”, İstanbuldan Almatı və Bişkekədək türk dövlətlərinin inteqrasiyasını təmin edən yol isə “Türk Yolu”.
Natiq Səlim,
KONKRET.az