Gürcüstandan Rusiyaya Lars vasitəsilə gedən yol bütün nəqliyyat növləri üçün bağlanıb.
KONKRET.az xəbər verir ki, hər gün Yuxarı Larsdan təxminən 150 erməni yük maşını keçir.
Yolun bağlanmasına səbəb kimi qar uçqunu təhlükəsi göstərilir.
Qeyd edək ki, dünən gecədən başlayaraq Gürcüstan ərazisində Larsdan keçən yol ağır yük maşınları üçün bağlanıb.
Hazırda növbədə 340-dan çox erməni yük maşını gözləyir.
Xatırladaq ki, Gürcüstan Hərbi Magistralı Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.
Müşviq Tofiqoğlu
KONKRET.az