Sarkisyan: “Azərbaycanlılara olar, bizə yox?!”backend

Sarkisyan: "Azərbaycanlılara olar, bizə yox?!"

Ermənistanın məğlubiyyətini həzm edə bilməyənlər arasında düşmən ölkənin 2-ci və 3-cü prezidentləri də var.

KONKRET.az xəbər verir ki, 20 il ermənilərə qan udduran Ermənistanın o vaxtkı rəhbərliyi indi keçmişi yada salıb etdikləri cinayətlərlə öyünür.

2-ci prezident Serj Sarkisyan da Qarabağda törətdikləri müharibə cinayətlərindən “qəhrəmanlıqla” danışıb və Xocalıdakı vəhşiliklərindən xüsusi zövq aldığını deyib.

Ermənistan cəmiyyətinə qisasçılıq hissi aşlayan Sarkisyan bu dəfə də revanşdan danışıb: “İntiqam əslində bizim cəmiyyətdə çox istifadə olunur. Demək istəyirəm ki, revanş deyəndə pis bir şey nəzərdə tutmuruq. Mən uzun müddətdir şahmata həvəskarlıq edirəm. Dəqiq bilirəm ki, dünya çempionluğunu əldən verənlər neçə dəfə revanş matç keçiriblər. Məgər o insanlar ağıllı deyildilər, həyatdan heç nə başa düşmürdülər? Bizim də bir millət olaraq belə bir revanşımız olmalıdır. Əvvəlcə qisas dedikdə nəyi nəzərdə tutduğumuzu bilməliyik. İntiqam deyəndə yeni uğur qazanacığımızı başa düşürəm. Baş verənlər azərbaycanlıların revanşı deyildi? Əgər belədirsə, onlara olar, bizə yox?”

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*