“Ermənistanın atəşkəsi pozması bizim ordumuzun xeyrinədir” – Aqil Abbasbackend

"Ermənistanın atəşkəsi pozması bizim ordumuzun xeyrinədir" - Aqil Abbas

“Biz müvəqqəti, yəni humanitar atəşkəsə imza atmışıq”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Aqil Abbas deyib.

O, qeyd edib ki, Azərbaycan tərəfi atəşkəsə tam əməl etsə də, Ermənistan kobudcasına pozur:

“Düşmən Gəncəni, Füzulini, Ağdamı və digər rayonları atəşə tutur. Ermənilərin bu təxribatları dünya ictimaiyyətinin vecinə deyil. Biz adekvat cavabı verməliyik. Əlbəttə, atəşkəsin pozulması ilə bağlı bütün məsuliyyət ermənilərin üzərinə düşür”.

Deputat bildirib ki, döyüşlər davam edir, irəli gedib kəndlərimizi, rayonlarımızı azad edəcəyik:

“Bəyəm bu günə kimi Ermənistan hansı qanunu pozmayıb?! Qoy, pozsunlar. Ziyan özlərinə dəyəcək. Bu gün dünya ictimaiyyəti “Niyə atırsan?” sualını verməyəcək, çünki atəşkəsə biz imza atdıq, onlar isə pozaraq mülki əhalini hədəf aldılar. Ermənistanın atəşkəsi pozması bizim ordumuzun xeyrinədir, sona qədər döyüşəcəyik”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*