Ermənistanın Azərbaycana qarşı terrorda qabağa verdiyi qadınlar – ŞOK DETALLAR/FOTOLARbackend

Ermənistanın Azərbaycana qarşı terrorda qabağa verdiyi qadınlar - ŞOK DETALLAR/FOTOLAR

İtaliya və Fransanın “Gucci” moda brendinin reklam simalarından olan erməni model Armine Arutyunyan VOMA terror təşkilatının sıralarına qoşulub. Əlində tapança ilə atışma məşqi edərkən görüntülənən Arutyunyan terror təşkilatı “VoMA”nın kanalına müsahibəsində Azərbaycana hücum edəcəklərini bildirib. PKK/PKK və Asala terrorçularının da yer aldığı təşkilat yeni təxribatlar və hücum cəhdlərini açıqlayıb: “Azərbaycanla qeyri-adi döyüşə hazırlaşırıq”.

“VoMA” təşkilatı nədir və onun bu bəyanatını Azərbaycana qarşı yeni mübarizə üsuluna keçiləcəyinin ilkin anonsu kimi qiymətləndirə bilərikmi?

KONKRET.az xəbər verir ki, Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, “VoMA”nın Azərbaycana qarşı bu təhdidləri yeni hadisə deyil:

fb6a997b9ae909d90989d1ac1f6a47b8.jpeg (280 KB)

“İkinci Qarabağ savaşında və ondan sonra bu təşkilatın yetişdirdiyi terrorçular Azərbaycan Ordusuna qarşı müxtəlif təxribatçı hərəkətlər törətmişdilər. Hətta onlardan bəziləri ələ keçirilmiş və barələrində cinayət işi açılmışdı. Baş Prokurorluğun həmin dövrdə yaydığı məlumata görə, Qarabağ ərazisinin minalanmasında şübhəli bilinən 35 erməni terrorçusu yaxalanmışdı ki, bunların da böyük əksəriyyəti “VoMA” döyüşçüsü idi. Rəsmi məlumatdan belə aydın olurdu ki, əsir götürülmüş erməni terrorçularının dindirilməsi zamanı alınan bilgilər fonunda daha 151 nəfərin adları müəyyənləşdirilib və onlardan 133-nün “VoMA” üzvü olduğu sübuta yetirilib. Həmin 133 nəfərin həbs olunub Azərbaycana verilməsi üçün 20-dən çox dövlətə və 133 beynəlxalq təşkilata rəsmi sorğu göndərilib. Qısası, “VoMA” təşkilatı II Qarabağ savaşı başlayandan bəri, hətta ondan da əvvəl Azərbaycan əsgərinin qanını tökməklə məşğuldur və ermənilərin tam kapitulyasiyasından sonra əsasən bu cür terrorçu qruplaşmaların fəaliyyətindən yararlanacağı şübhə doğurmur”.

Terroru məğlub və zəif xalqların “assimetrik mübarizə” metodlarından biri olaraq dəyərləndirən Heydər Oğuzun fikrincə, xüsusilə ermənilər bu sahədə ad çıxarıblar:

WhatsApp Image 2023-10-03 at 14.01.27.jpeg (326 KB)

“Müasir erməni tarixi I Dünya savaşından sonra Daşnaksütyun partiyasının Türkiyə və Azərbaycan ziyalılarına qarşı törətdiyi sui-qəsdlərdən tutmuş “ASALA”nın onlarla türk diplomatını qətlə yetirməsinə qədər çoxsaylı terror hadisələri ilə doludur. Prinsipcə, son antiterror əməliyyatına qədər Qarabağda tez-tez baş verən mina partlayışları da terrorist təfəkkürdən qidalanan erməni millətçiliyinin məntiqi davamıdır. Təsəvvür edin, başqa millətlər öz böyük sərkərdələrinin adını əbədiləşdirdiyi halda, ermənilər terrorçularına abidə tikirlər. 2015-cu ildə Şirakda Osmanlı generalı Tələt paşanı qətlə yetirən Soğoman Tehliryanın heykəli ucaldıldı. Heykəldə Tələt Paşanın kəsilmiş başı Soğomanın ayağı altında təsvir olunurdu. Halbuki Soğoman Tələt paşanı yaxın məsafədən açdığı tapança atəşi ilə qətlə yetirmişdi. Yəni hər hansı baş kəsmə hadisəsi yox idi. Tarixi reallıqlardan uzaq, sadəcə erməni vəhşiliyinin arzusunu ifadə edən bu heykəl Türkiyənin ciddi təpkilərinə yol açsa da, indiyədək sökülməyib. Əksinə, ermənilər bu il İrəvanın mərkəzində “Nemesis” abidəsini inşa edərək öz terrorçuluq fəaliyyətlərini və Türk düşmənçiliyini müqəddəsləşdirməyə çalışıblar. Belə bir zehniyyətə malik bir xalqla sülh və əmin-amanlıq şəraitində yaşamaq mümkün deyil”.

Qarabağ ermənilərinin böyük əksəriyyətinin öz yurd-yuvalarını tərk etdiyi, dolayısıyla tarixi ərazilərimizin böyük ölçüdə boşaldığı indiki zamanda belə, sözügedən bölgədən terrorçu atəşlərinin kəsilmədiyini vurğulayan Heydər Oğuz xatırladıb ki, bir neçə gün bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Azərbaycanla birgə həyata keçirdikləri patrul missiyasının hücuma məruz qaldığını bildirmişdi:

“Məlumatda bunun açıq-aşkar terror aktı olduğu, xoşbəxtlikdən, açılan atəşin tələfata yol açmadığı vurğulanırdı. Eynilə bir neçə gün bundan əvvəl Ermənistanla sərhədimizdə bir əsgərimiz erməni gülləsi ilə şəhid oldu. Bütün bunlar və “VoMA”nın son təhdidkar bəyanatı ermənilərin terror hücumlarını artıracağından xəbər verir. Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələri, özəlliklə də xüsusi xidmət orqanları bu perspektivləri nəzər alıb və antiterror tədbirlərinə hazırlaşıblar”.

O ki qaldı erməni qadınlardan terrorçu kimi istifadə olunmasına, Heydər Oğuz bu məsələdə də təəccüblü heç nə görmür:

WhatsApp Image 2023-10-03 at 14.01.08.jpeg (127 KB)

“Tarix boyu ermənilər öz qadınlarından siyasi və strateji silah kimi istifadə ediblər. İstər indiki İran adlanan ərazilərdə qurulan Türk xənadanlıqlarında, istərsə də Osmanlı hərəmxanalarındakı erməni gəlinlər regionun idarə olunmasında mühüm funksiyalar həyata keçiriblər. Eyni siyasət Rusiya imperiyasında da davam etdirilib. Bu gün dünyanın supergücünə çevrilən ABŞ-da belə erməni qadınlarının məharətindən gen-bol istifadə edilir. Heç uzağa getməyək, biliriniz ki, ABŞ Senatının Xarici Əlaqələr komissiyasının rəhbəri Bob Menendez erməni və yunan lobbisinin aparıcı üzvü kimi tanınır. Onun 2020-ci ildə ailəsindən ayrılmasından istifadə edən ermənilər öz millətlərindən olan Nadine Aslanyanı senatora calamışdılar. O gündən etibarən Menendezin Türk düşmənçiliyi birə-beş artmışdı.

Erməni qadınlarının snayper kimi istifadə olunması da bilinən gerçəklərdəndir. Təbii ki, onlar “VoMA” kimi təşkilatların təlim düşərgəsində yetişdirilirlər. Ən acınacaqlısı budur ki, Ermənistan bir dövlət kimi bu terror təşkilatını dəstəkləyir. Məlumdur ki, Paşinyanın yoldaşı Anna Akopyan da 44 günlük müharibənin ilk günlərində Qarabağda hərbi təlim düşərgəsində olmuş və 7 gün döyüş sənətini öyrənmişdi. O vaxt Akopyanın hansı təşkilatın düşərgəsində olduğu bildirilmirdi. Sadəcə o qeyd olunurdu ki, Ermənistan Müdafiə Nazirliyinin dəstəyi ilə “könüllülərdən ibarət yığma qoşun yaradılması” layihəsi çərçivəsində təlim keçir”.

Heydər Oğuzun fikrincə, “VoMA”nın əsas hədəfi ildə 4 dəfə və hər dəfəsində 7-10 gün təlim məşq toplantıları ilə terrorçu yetişdirməkdir və qurumun rəhbərləri bunu gizlətmirlər:

WhatsApp Image 2023-10-03 at 14.00.52.jpeg (96 KB)

“Qurumun rəhbəri Vladimir Vartanov “Armenia Today” nəşrinə verdiyi müsahibələrin birində eynilə belə demişdi: “Bu (yəni ermənilərin yetişdirdiyi terrorçular – red.) Silahlı Qüvvələrin əməyini asanlaşdıracaq və onlara hər şeyi qorumamaq, bəzi yerlərdə qisas almaq üçün güc toplamaq imkanı verəcəkdir”. Diqqət edin, “qisas almaq”. Halbuki rəsmi ordular qisas almaz, hərbi əməliyyatlar keçirib qarşıya qoyduğu hədəfi reallaşdırar. Vartanov isə qisasdan danışır. Necə ki, erməni terrorçular 1920-ci ildə də, 1970-90-cı illərdə də “nemesis” (qisas-E.M) adıyla Azərbaycan və Türkiyə ziyalılarını qətlə yetirirdilər”.

Həmsöhbətimizin fikrincə, bütün bu dəlillər erməni terror təşkilatının arxasında İrəvanın dayandığını göstərir və rəsmi Bakı bu həqiqəti beynəlxalq müstəviyə gətirib Ermənistanı terror dövlət kimi tanıdılmasına nail olmalıdır.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*