Ermənistanın Belarusdakı səfiri Minskə qayıtmayacaqbackend

Ermənistanın Belarusdakı səfiri Minskə qayıtmayacaq

Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan Ermənistana geri çağırıldıqdan sonra Minskə qayıtmayacaq.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Xumaryan 2024-cü ilin iyununda məsləhətləşmələr üçün Ermənistana dəvət olunub .

Bundan sonra o, Belarusa qayıtmayıb. İrəvanla Minsk arasında münasibətlər son vaxtlar xeyli soyuduğundan iki ölkə arasında gərginlik pik həddə çatıb. Hətta Sankt-Peterburqda Aİİ-nin sammiti zamanı Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında gərginlik yaşanıb. Paşinyan gələn il Minskdə keçiriləcək Aİİ-nin samitində iştirak etməyəcəklərini bildirib.

Xatırladaq ki, iki ölkə arasında soyuqluq Lukaşenkonun Qarabağ müharibəsinin nəticələri ilə bağlı verdiyi qiymətləndirmədən sonra yaranıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*